Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda partiya sədri həbs edildi - YENİLƏNİB

Azərbaycanda partiya sədri həbs edildi - YENİLƏNİB


1-11-2017, 14:56. Yazar: admin
Azərbaycanda partiya sədri həbs edildi - YENİLƏNİB




“Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənovun həbs edilməsinin təfərrüatı məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, 3 nəfər əlil şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə M.Tükənovdan şikayət edib.

Həmin şəxslər şikayətlərində bildiriblər ki, M.Tükənov onlardan pul alıb və geri qaytarmayıb. Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənov Bakı İstintaq Təcridxanasına köçürülüb.

***

Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib.

“Report”un xəbərinə görə, M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktı M.Tükənovun ailəsi təsdiqləyib.

aia.az
Geri dön