Ana Sayfa > Gündəm > AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq tədbir keçiriləcək

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq tədbir keçiriləcək


31-10-2017, 18:55. Yazar: admin
AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq tədbir keçiriləcək



Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

Beynəlxalq elmi konfransın təşkilatçıları Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birlikləridir.

Beynəlxalq konfrans “1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya müsəlmanlarının I qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərəcək.

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini təqdim ediblər.

Konfrans AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

aia.az
Geri dön