Ana Sayfa > Siyasət > Vitse-spikerdən deputata irad: “Tənqid etməyə nə var ki?!”

Vitse-spikerdən deputata irad: “Tənqid etməyə nə var ki?!”


31-10-2017, 15:33. Yazar: admin
Vitse-spikerdən deputata irad: “Tənqid etməyə nə var ki?!”


"Son vaxtlar Bakıda onlarla park salınıb. Həmçinin rayonlarımızda da yüzlərlə ağac əkilib. Bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "İDEA” İctimai Birliyi və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir”.

Bunu "Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanıMilli Məclissədrinin birinci müaviniZiyafət Əsgərovdeyib.

Vitse-spiker deputatFazil Mustafanın "Yaşıllıqların salınması üçün əhaliyə stimul vermək lazımdır” fikrinə cavab olaraq deyib: "Yeni Azərbaycan Partiyası da yaşıllıqların salınması ilə bağlı tədbirlərdə yaxından iştirak edir. Siz də bir partiya başqanı olaraq təklif edin, yaşıllıq salın. Fazil müəllim kənara çıxıb baxmaq lazımdır. Tənqid etməyə nə var ki?!”.(azvision.az)

aia.az
Geri dön