Ana Sayfa > Siyasət > Vaxtilə bəziləri “Əsrin müqaviləsini” xülya adlandırırdı - Siyavuş Novruzov

Vaxtilə bəziləri “Əsrin müqaviləsini” xülya adlandırırdı - Siyavuş Novruzov


31-10-2017, 13:33. Yazar: admin
Vaxtilə bəziləri “Əsrin müqaviləsini” xülya adlandırırdı - Siyavuş Novruzov




"Həm Bakı-Tbilisi-Qars layihəsinin açılışı, həm də "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin ratifkasiya olunması mühüm hadisədir və xalqımızın gələcəyi üçün gözəl layihədir”

Bunu Milli Məclisin iclasında "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin ratifkasiya olunması Azərbaycan xalqının tarixdə atdığı mühüm addımlardan biridir: "Bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılmış addımdır. Vaxtilə bəziləri "Əsrin müqaviləsini” xülya adlandırırdı. Tarix sübut etdi ki, həmin insanların düşüncəsi xülyadır. Həmçinin müqaviləni bəyənməyənlər arasında bu gün bizim parlamentdə olanlar da var. Digərləri bunu zamanla başa düşəcək”.(azvision.az)

aia.az
Geri dön