Ana Sayfa > Karusel / Təhsil > Məktəblərdəki vakansiyalar üzrə müsabiqə ilə bağlı YENİ XƏBƏR

Məktəblərdəki vakansiyalar üzrə müsabiqə ilə bağlı YENİ XƏBƏR


31-10-2017, 12:58. Yazar: admin
Məktəblərdəki vakansiyalar üzrə müsabiqə ilə bağlı YENİ XƏBƏR


psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsi 3-5 noyabr 2017-ci il tarixlərində keçiriləcək.

İdarədən Milli.Az-a verilən məlumata görə, müsabiqənin keçirilmə yeri və konkret vaxtı barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş 700-dən artıq şəxsin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-ə yaxın müraciətə imtina verilib.

I mərhələnin yekunu barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, (012) 599-12-22 (daxili 60-25; 60-28), mob: 055-336-36-39 nömrələri ilə əlaqə saxlamaq olar.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlar ilə mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə də yaxın vaxtlarda elan ediləcək.

Zərif Nisə
Geri dön