Ana Sayfa > Karusel / İdman > "Bizim əzmkarlığa çox ehtiyacımız var" - Qurban Qurbanov
"Bizim əzmkarlığa çox ehtiyacımız var" - Qurban Qurbanov31-10-2017, 12:47. Yazar: admin |
"Güclü komandaya qarşı oynayacağıq. Rəqib gücünü Bakıda göstərdi. Çox istəkli oyunçuları var. Ağır matç olacaq. Çalışacağıq ki, sonadək mübarizə aparaq. Rəqib haqda çox söz deməyə ehtiyac yoxdur. Belə bir stadionda "Atletiko"ya qarşı oynamaq bizim üçün böyük təcrübə olacaq".Modern.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletiko"ya qarşı oynayacaqları Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib. Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. - Sabah "Atletiko"ya qarşı hansı hədəf üçün meydana çıxacaqsınız? - Çox ciddi problemlərimiz var. Rəqibin sabah meydana son oyun kimi çıxacağını nəzərə almaq lazımdır. İlk növbədə istəkli, aqressiv və düzgün oynamalı, rəqibin hücumlarının qarşısını almalı və sonra düşündüyümüz hücumları qurmalıyıq. Düşündüyümüzü etsək, nəticə əldə etmiş olacağıq. - Pedro Enrike sabah oynayacaqmı? - Hələ deyə bilmərəm. Hakimlərlə məsləhətləşdikdən sonra qərar verəcəyəm. - "Atletiko" üçün həyati əhəmiyyətli matç olduğu deyilir. Bəs siz rəqibi nə ilə təəccübləndirə bilərsiniz? - Təəccübləndirmək bəlkə də düzgün çıxmaz. Amma "Atletiko" heç bir oyunda istəksiz olmayıb. Onlara qarşı həddən artıq diqqətli olmalıyıq. Bakıda bir neçə epizoddan yararlanmadılar. Amma onlar kimi biz də soyuqqanlı olmalı, topla davranışda düzgün oynamalı, top itirməməyə çalışmalıyıq. Biz də istəkli və soyuqqanlı olmalıyıq. Görək nə dərəcədə alınacaq. Çoxlu sayda azarkeş qarşısında oynayacağımıza baxmayaraq, bunu bacaracağımıza inanırıq. - İlk 3 turdan sonra "Atletiko"nun cəmi 2 xal toplayacağını gözləyirdiniz? - Rəqib bu il cəmi bir oyunda - "Çelsi" ilə qarşılaşmada uduzub. Bu, komandanın gücündən və qalib gəlmək istəyindən xəbər verir. Məncə, daha istəkli və aqressiv olacaqlar. Hansı sürprizi hazırladıqları və necə hazırlaşdıqları sabah bilinəcək. Futbolçularımız onların düşüncələrinin qarşısını almalıdırlar. Düşünürəm ki, xal azlığı onları daha da irəli atılmağa vadar edəcək. - "Qarabağ" rəqibindən ustalıq səviyyəsində və təcrübə baxımından geri olsa da, Bakıda əzmkarlığı ilə "Atletiko"nu büdrətdi. Sabah da eyni amillə rəqibin texniki imkanlarına təsir etmək olar? - Bakıda bəzi epizodlarda biz məğlub olsaq da, ustalıq səviyyəsi hesabına burada bundan yararlana bilərlər. Hər bir halda, "Atletiko" bizdən üstündür. Bunu real qəbul etməliyik. Bizim isə əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bu komponent, çəkinmədən oynamaq hesabına kompensasiya etməliyik. Çəkinmədən mübarizə aparmağa çalışacağıq. - Adətən bir neçə mövqedə səhv olanda, onu bağlamağa çalışırsan. "Qarabağ"ın hər mövqedə itkinizin olması sizi düşündürmür? - İtkilərdən heç vaxt narahat olmamışam. Nə qədər sağlam oyunçumuz olsa, variantlarımız da olacaq. Amma yetərincə təcrübəli oyunçularımız var. Eyni dərəcədə məsuliyyət futbolçuların üzərinə düşür. Meydana çıxan futbolçu oyun nizamını qorumalıdır. İnanıram ki, sabah meydana çıxacaq futbolçu kollektivə daha faydalı olmağa çalışacaq. Bəlkə də karyeralarının ən diqqətli oyunu olacaq. - "Qarabağ"ın tərəfində olan hansısa cəhət varmı ki, sabah sizə nəticə baxımından üstünlük versin? - Məncə, hamımız inanmalı, ümidli olmalıyıq. Yəqin ki, bizi az tanımırsınız. Həmişə nəticə üçün əlimizdən gələnin artığını etməyə çalışmışıq. Bakıdakından daha çox hərəkət etməli, daha məsuliyyətli olmalıyıq. Tam məsuliyyətlə hazırlaşırıq. Sabah meydana çıxan hər bir futbolçu nəticə üçün əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. aia.az Geri dön |