Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-6 > “Bakı-Tbilisi-Qars”la yola salınan ilk qatarın Türkiyəyə çatacağı vaxt AÇIQLANDI

“Bakı-Tbilisi-Qars”la yola salınan ilk qatarın Türkiyəyə çatacağı vaxt AÇIQLANDI


31-10-2017, 12:44. Yazar: admin
“Bakı-Tbilisi-Qars”la yola salınan ilk qatarın Türkiyəyə çatacağı vaxt AÇIQLANDI



Oktyabrın 30-da Azərbaycan paytaxtındakıBeynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış mərasimi keçirilib.
Azərbaycan Prezidentiİlham Əliyev, birinci xanımMehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin qatıldığı mərasimdə dövlər başçıları çıxış ediblər.
Daha sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar.
Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.
"Azərbaycan Dəmir Yolları "QSC-nin Sevinc Qədirova Modern.az-a deyib ki, qatar noyabrın 1-də Gürcüstanda, noyabrın 2-də isə Türkiyə ərazisində olacaq.

aia.az
Geri dön