Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Sabunçuda Məktəbli özünü hamamdan asdı

Sabunçuda Məktəbli özünü hamamdan asdı


2-11-2015, 20:11. Yazar: admin
Sabunçuda Məktəbli özünü hamamdan asdı
Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb. Onun asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Özünü öldürən şəxs orta məktəbin 10-cu sinif şagirdidir
Geri dön