Ana Sayfa > Siyasət / Manşet / Karusel > İlham Əliyev Naxçıvanın Babək rayonu ilə bağlı sərəncam imzaladı

İlham Əliyev Naxçıvanın Babək rayonu ilə bağlı sərəncam imzaladı


2-11-2015, 18:48. Yazar: admin

Qoşadizə kəndi Dövlət reyestrindən çıxarıldı.

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Aia.az -ın AzərTac-a istinadən verdiyi xəbərə görə, sərəncama əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha təşkil edən ərazisi Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilib.

Dövlət başçısının sərəncamına əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilib. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Geri dön