Ana Sayfa > Karusel / Siyasət > “Zəhmətlə yeyilən soğan minnətlə yeyilən baldan şirindir” - Ərdoğan
“Zəhmətlə yeyilən soğan minnətlə yeyilən baldan şirindir” - Ərdoğan30-10-2017, 15:52. Yazar: admin |
"İradəmizin və perspektivimizin əsəri olan layihə zəhmət, fədakarlıq, alın təri ilə həyata keçirildiyi üçün çox qiymətlidir”. Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Bu gün gələcək üçün çox böyük bir addım atırıq. Bu açılış mərasimi ilə Asiya, Avropa və Afrikanı bir-birinə bağlama hədəfi ilə başladılan Yeni İpək Yolunun halqalarından birini istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə orta koridor layihəsinin ən önəmli hissəsi tamamlanmış olacaq. Beləliklə Londondan Çinə fasiləsiz dəmiryolu istifadəyə verildiyini elan edirik. Azərbaycanlı dostlarımız deyir ki, zəhmətlə yeyilən soğan minnətlə yeyilən baldan şirindir. Bu layihənin bütün bölgəmiz, xalqlarımız üçün xeyirli olmasını diləyirəm. Üç ölkə dünyanın ürəyi adlanan bir hissədə yerləşir. Türkiyə olaraq son 15 ildə bu istiqamətdə imkanlardan istifadə etmək üçün səylər göstəririk. İstanbulda üçüncü körpü və digər layihələr bunların bir hissəsidir. Həyata keçirdiyimiz layihələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq. Qazaxıstanı Aktau, Türkmənistanı Türkmənbaşı limanı ilə Avropaya bağlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır. Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq. Bölgənin qədim dövlətləri olaraq birlikdə daha böyük layihələrə imza atıla bilər. Cənub Qaz Dəhlizi bunlardan biridir. Bir daha hər kəsi təbrik edirəm”.(azvision.az) aia.az Geri dön |