Ana Sayfa > Karusel / Siyasət > ABŞ səfiri Bakı-Tbilisi-Qars barədə danışdı: Mühüm addımdır
ABŞ səfiri Bakı-Tbilisi-Qars barədə danışdı: Mühüm addımdır30-10-2017, 10:47. Yazar: admin |
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir bildirib ki, BTQ dəmir yolu İpək Yolu üçün böyük əhəmiyyətə malikdir: "Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”. Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.(Trend) Geri dön |