Ana Sayfa > Siyasət > Litvaya işğal olunmuş ərazilərimizlə bağlı ÇAĞIRIŞ: İxracı dayandırın

Litvaya işğal olunmuş ərazilərimizlə bağlı ÇAĞIRIŞ: İxracı dayandırın


28-10-2017, 21:56. Yazar: admin
Litvaya işğal olunmuş ərazilərimizlə bağlı ÇAĞIRIŞ: İxracı dayandırın






Azərbaycan Litvaya Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə istehsal edilən məhsulların idxalı, ixracı və satışının qarşısının alınması xahişi ilə müraciət edib.

Aia.Az bildirir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu müraciət Vilnüsdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının V iclası çərçivəsində edilib.

Tərəflər iclasın nəticələrinə dair protokol imzalayıblar. Həmçinin iclas çərçivəsində bir sıra sazişlər imzalanıb.

Bundan başqa, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi və Azərbaycan Vergilər Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum informasiya mübadiləsi sahəsində və vergi tələbləri alındıqda qarşılıqlı inzibati yardımı nəzərdə tutur.

aia.az
Geri dön