Ana Sayfa > Siyasət > Yuşşenko: "Stalinin addımı düzgün idi"
Yuşşenko: "Stalinin addımı düzgün idi"28-10-2017, 17:03. Yazar: admin |
Hazırda Ukraynada ən yüksək korrupsiya səviyyəsi hökm sürür. Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko söyləyib. "Donbasda üç il davam edən müharibə Ukraynada islahatların aparılmasına mane olmamalıdır. Müharibə tez-tez səmərəsiz siyasət və ya hər hansı bir siyasətin olmamasını əsaslandırmaqdan ötrü istifadə olunur. Təbii ki, müharibə çoxlu yeni problem yaradır. Lakin onun ön tərəfi iqtisadiyyatdır. Əgər burada uğursuz olsan, o zaman birincisində də itirəcəksən. 3 il müddətində Ukrayna qrivnasının devalvasiyası 350%-ə çatıb. Nəyə görə Stalin rublu 1942-ci ildə yox, yalnız 1946-cı ildə devalvasiya eləyib? Çünki sabit milli valyuta işğalçı ilə mübarizə aparmaq üçün ən effektiv üsuldur", - deyə Yuşşenko bildirib.(axar.az) aia.az Geri dön |