Ana Sayfa > Manşet / Siyasət > Deputatlar Kiyevə gedir

Deputatlar Kiyevə gedir


28-10-2017, 16:32. Yazar: admin
Deputatlar Kiyevə gedir


Oktyabrın 30-dan noyabrın 1-dək Kiyevdə Avronest Parlament Assambleyasının plenar sessiyası və komitə iclasları keçiriləcək.
Milli Məclisdən verilən məlumata görə, iclaslarda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlardan Rauf Əliyev, Fərəc Quliyev, Məlahət İbrahimqızı, Rövşən Rzayev və Ağalar Vəliyev daxildirlər.
Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi məsələlər, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi və Sosial məsələlər komitələrinin iclasları keçiriləcək, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi böhranın nəticəsi kimi gənclər arasında işsizliyin aradan qaldırılması, Energetika sahəsində əməkdaşlığın aktivləşdirilməsi, Şərq Tərəfdaşlığı ölkələrində əmək bazarında qadınların vəziyyəti, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində kiber təhlükəsizlik mövzularında hazırlanmış məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Siyasi komitədə deputat Rövşən Rzayev Avropa İttifaqı və Şərqi Avropa tərəfdaş ölkələrində media azadlığının və qərəzsizliyin təmin edilməsi barədə hesabatı təqdim edəcək, mövzu ətrafında fikir mübadiləsi olunacaq.

Sosial komitənin iclasında isə komitənin həmsədri Məlahət İbrahimqızı cari il sentyabrın 22-də Milli Məclisdə keçirilmiş "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans barədə geniş məlumat verəcək.
Məlahət İbrahimqızı Avronestin Qadın Forumunun da həmsədri kimi Forumun işinə qatılacaq, iclasa sədrlik edəcək.
Plenar sessiya çərçivəsində digər ölkələrin Büro üzvləri ilə birlikdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradovun Ukrayna rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri noyabrın 2-də başa çatacaq.

aia.az
Geri dön