Ana Sayfa > Karusel / Cəmiyyət > Paytaxtda ət dükanlarında reyd keçirildi – mağaza sahibləri CƏRİMƏLƏNDİ

Paytaxtda ət dükanlarında reyd keçirildi – mağaza sahibləri CƏRİMƏLƏNDİ


28-10-2017, 14:55. Yazar: admin
Paytaxtda ət dükanlarında reyd keçirildi – mağaza sahibləri CƏRİMƏLƏNDİ




Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 27-də paytaxtın Xətai və Yasamal rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.

Bu haqda DİN-dən bildirilib.

Reyd zamanı bir neçə mağaza sahibi – Yasamal rayonu ərazisində Bəhmən İmanov, Xətai rayonu ərazisində Sərxan Bayramov və İlqar Baxışov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini, habelə Yasamal rayonundakı mağazanın sahibi Ramiz Nəsibov küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

aia.az
Geri dön