Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev Binali Yıldırımı təbrik etdi

İlham Əliyev Binali Yıldırımı təbrik etdi


28-10-2017, 14:54. Yazar: admin
İlham Əliyev Binali Yıldırımı təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binali Yıldırımı təbrik edib.

aia.az xəbər verir ki, təbrikdə deyilir:

"Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu gün Türkiyə demokratik və hüquqi dövlət quruluşuna malik, iqtisadi yüksəlişini inamla davam etdirən qüdrətli ölkədir. Qardaş Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu bizi son dərəcə sevindirir.

İnanıram ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram".

aia.az
Geri dön