Ana Sayfa > Gündəm / Manşet / Karusel > Müsavatın namizədlərinin adları seçki bülletenindən çıxarılmadı

Müsavatın namizədlərinin adları seçki bülletenindən çıxarılmadı


31-10-2015, 17:10. Yazar: admin
Müsavatın namizədlərinin adları seçki bülletenindən çıxarılmadı
"Müsavat Partiyasının parlament seçkilərində iştirakı dayandırmaq barədə qərarı başqa məqsədə çatmaq üçün hesablanmış addımdır".
APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenində saxlanılacaq: "Seçici gəlib, həmin namizədə səs verəcək. Əgər o namizəd seçiləcəksə, deputat sayılacaq. Deputatlıqdan imtina məsələsi isə həmin namizədin öz hüququdur. Heç kəs bu namizədlərin adını seçki bülletenindən çıxara bilməz. Bu cür müraciətlər təmin oluna bilməz. Seçkilərə 10 gün qalmış seçkidən imtina etmək olardı. Ancaq indiki halda bu, qeyri-mümkündür".

Xatırladaq ki, Müsavat Partiyası oktyabrın 28-də seçkilərdə iştirakı dayandırmaqla bağlı qərar qəbul edib.
Geri dön