Ana Sayfa > Təhsil > Rus folklor qrupu ATU-da konsert verib

Rus folklor qrupu ATU-da konsert verib


27-10-2017, 12:12. Yazar: admin




“İqray qarmon” rus folklor ansamblı Azərbaycan Texnologiya Universitetində (ATU) konsert proqramı ilə çıxış edib. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və Azərbaycan Rus İcmasının dəstəyi ilə yaradılmış ansamblın rəngarəng ifaları tələbələr tərəfindən maraq və alqışlarla qarşılanıb.

Zərifə Əliyevanın bədii rəhbərliyi altında fəaliyyət göstərən ansamblın üzvləri əsasən klassik və müasir rus xalq mahnılarından nümunələr səsləndiriblər.

Tələbələr “İqray qarmon”un repertuarına daxil olan “Krasnoye solnışko”, “S çeqo naçinayetsa rodina”, “Mama” və digər mahnıları, həmçinin folklor rəqslərini hərarətli alqışlarla qarşılayıblar.

aia.az




Geri dön