Ana Sayfa > Təhsil > Gələcəyin ekelogiya mühəndisləri çirkab suların təmizlənməsi prosesi ilə tanış olub
Gələcəyin ekelogiya mühəndisləri çirkab suların təmizlənməsi prosesi ilə tanış olub25-10-2017, 12:26. Yazar: admin |
Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida mühəndisliyi fakültəsinin nəzdində fəaliyyət göstərən Ekologiya mühəndisliyi kafedrasının əməkdaşları elmi-tədqiqat işlərinin istesalatla əlaqələndirilməsi məqsədilə Göranboy rayonunun Su-Kanal İdarəsinin tabeliyində yaradılan Çirkab suların təmizlənməsi müəssəsində olub. Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin də iştirak etdiyi səfər zamanı müəssisə rəhbəri ilə söhbətlər aparılıb, burada muasir tələblərə uyğun şəkildə təşkil olunan texnoloji proseslə tanışlıq olub. Çirkab suların təmizlənməsi prosesi ilə tanışlıqdan sonra müəssisənin işinin effektivliyini daha da artırmaq məqsədilə univeristetin mütəxəssisləri bəzi təkliflərlə çıxış ediblər. Əməkdaşlığın genişləndirilməsi üçün bir sıra razılıqlar əldə olunub. İlkin olaraq ATU-nun ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələrin bəzi tədris məşğələləri və istahsalat təcrübəsini Çirkab suların təmizlənməsi müəssəsində keçməsi qərara alınıb. Tələbələr burada texnoloji prosesi canlı izləmək və nəzəri biliklərini əyani misallarla təkmilləşdirmək imkanı əldə edəcəklər. ATU-nun əməkdaşları və tələbələrindən ibarət qrup daha sonra müəssisənin laborotiyasında iş prosesinin gedişi ilə tanış olublar. Növbəti dəfə ekologiya mühəndisliyi ixtisasında təhsil alan II, III və IV kurs tələbələri və kafedranın əməkdaşlarının da müəssisəyə ekskursiya edərək dərslərini texnoloji prosesi izləməklə keçirməsi barədə də iki qurum arasında razılıq əldə olunub. aia.az Geri dön |