Ana Sayfa > Gündəm / Manşet / Karusel > Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub


31-10-2015, 14:40. Yazar: admin
Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri baş verib

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin I müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin I müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçiriliblər.
Geri dön