Ana Sayfa > Dünya / Aia TV > Burakın əngəllədiyi rus model danışdı: "Sevgilim var"

Burakın əngəllədiyi rus model danışdı: "Sevgilim var"


24-10-2017, 18:04. Yazar: admin
Burakın əngəllədiyi rus model danışdı: "Sevgilim var"




Aktyor Burak Özçivitin şəkillərinə yazdığı şərhlərə görə izləyicilərin “hücumu”na məruz qalan rus model Viktoriya Bonya danışıb.

Axşam.az Türkiyə mediasına isitnadən xəbər verir ki, model aktrisa Fahriye Evcenin onu əngəlləməsini Burakdan istəməsindən sonra açıqlama ilə çıxış edib.

O, “İnstaqramı istifadə etdiyimdən bəri yüzlərlə insanın şəklinə şərh yazmışam. Amma bu cür dəlicəsinə reaksiyalar görməmişdim” deyib. Viktoriya sevgilisi olduğunu da əlavə edib:

“Həyatımda biri var və xoşbəxtəm. Xahiş edirəm, mənim adımdan istifadə etməyin. Ortalıqda heç nə yox ikən problem yaratmayın”.

aia.az
Geri dön