Ana Sayfa > Dünya > Mətanətə bu dəfə ev bağışladılar
Mətanətə bu dəfə ev bağışladılar24-10-2017, 18:01. Yazar: admin |
“Nifrət etdiyim insanları görmürəm. Mən heç kimə dəymirəm. Qarşımdakının özünə baxıram, çalışıram onun səviyyəsinə düşməyim. Bir kəlmə deyirəm bəsdir, o adam ölür. Onlar qıcqırmış kündələrdi, gündəmdə deyillər”. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Mətanət Əsədova “ATV maqazin onlarla” verilişində deyib. Sənətçi mahnısını oxuyub, onun adını çəkməyənləri tənqid edib: “Mən elələrini dibindən kəsirəm. Məni o yerə çatdırmasınlar ki, onları döyüm". Bir müddət əvvəl toyu olacağını deyən Mətanət sevgilisindən danışıb: “Bu söhbəti bağlayaq, açmayaq. Gün doğar, aləm görər. Tələsməyin. Sevilirəm də, nə edim". Əsədova ona ev bağışladıqlarını deyib: “Yerləşim, sonra o haqda geniş danışaram. Mənə verilən bütün hədiyyələr sənətimə görədir”. Qeyd edək ki, M.Əsədova bundan əvvəl ona 17 dəfə maşın hədiyyə edildiyini söyləmişdi. aia.az Geri dön |