Ana Sayfa > İdman > 2018-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırıldı

2018-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırıldı


24-10-2017, 16:38. Yazar: admin
2018-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırıldı


Qədim Olimpiyada (Yunanıstan) 2018-ci il Qış Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçirilib.

aia.az-ın məlumatına görə, Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiadasının məşəlini daşıyan ilk idmançı yunanıstanlı Apostolos Angelis olub.
Bir həftə ərzində Olimpiya alovlu məşəl ölkənin müxtəlif şəhərlərinə aparılacaq, oktyabrın 31-də isə Phençhan-2018 Təşkilat Komitəsinin nümayəndəsinə təhvil veriləcək.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.

aia.az
Geri dön