Ana Sayfa > Təhsil / Karusel > AzMİU-nun rektoru İngiltərənin Lester Universitetində olub

AzMİU-nun rektoru İngiltərənin Lester Universitetində olub


24-10-2017, 13:16. Yazar: Sevinc
AzMİU-nun rektoru İngiltərənin Lester Universitetində olub



Azərbaycan Memarlıq və İnşaat Universitetin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova və Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova İngiltərənin Lester şəhərində işgüzar səfərdə olublar. Səfər zamanı Lester Universiteti ilə tanış olan rektor və Ü. Səttarova bu universitetinin prezidenti Professor Paul Boyle ilə görüşüblər . Görüş zamanı universitetlər arasında Əcnəbi tələbələrin hazırlığı fakültəsi üzrə (faundation) anlaşma Memorandumu imzalanıb.


Eyni zamanda səfər zamanı rektor Lester universitetinin Mühəndislik fakültəsinin rəhbəri Ian Jarvis, Keyfiyətə nəzarət üzrə prorektor Jon Scott, Beynəlxalq əlaqələr üzrə prorektor Sarah Dixon, İngilis dilinin tədrisi üzrə direktoru ilə görüşüb və digər vacib görüşlər keçirib.
Eləcə də memoranduma əsasən, dekabr ayında növbəti bir memorandumun imzalanması üçün ikitərəfli razılıq əldə edilib.

aia.az
Geri dön