Ana Sayfa > Siyasət > Tramp hakimiyyətə gələndən 20 ölkə Şimali Koreyadan üz çevirib
Tramp hakimiyyətə gələndən 20 ölkə Şimali Koreyadan üz çevirib24-10-2017, 11:03. Yazar: admin |
ABŞ Prezidenti Donald Trampın 2017-ci ilin yanvarında inauqurasiyasından sonra 20 ölkə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri ya tamamilə dayandırıb, ya da məhdudlaşdırıb. aia.az-ın məlumatına görə, belə bir statistik xəbərlə Cənubi Koreya telekanalı çıxış edib. Telekanal xəbər verir ki, hətta Şimali Koreyanın ənənəvi dostları olan Myanma, Vyetnam, Uqanda da bu siyahıya qoşulub: "Bütün bu ölkələr şimali koreyalı diplomatları öz ölkəsindən çıxarıb".Şimali Koreya ilə dost münasibətləri saxlayan Portuqaliya da 42 ildə ilk dəfə bu ölkə ilə diplomatik münasibətləri kəsib. Qeyd edək ki, daha öncə Peru, İspaniya, İtaliya və Küveyt şimali koreyalı diplomatları ölkədən çıxarmışdı.(Trend) aia.az Geri dön |