Ana Sayfa > Gündəm / Karusel > "Sovetski"də indiyədək 4000-ə yaxın tikili sökülüb

"Sovetski"də indiyədək 4000-ə yaxın tikili sökülüb


24-10-2017, 11:02. Yazar: admin
"Sovetski"də indiyədək 4000-ə yaxın tikili sökülüb


Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində I mərhələdə 26 hektarda yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Bu barədə "Azəravtoyol" ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatda deyilir.
Layihənin icrasına uyğun olaraq, Yasamal rayon İcra Hakimiyyətini köməyi və Maliyyə Nazirliyinin dəstəyi ilə 3827 yaşayış və qeyri-yaşayış sahəsi tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib.
"Sovetski" kimi tanınan ərazidə birinci mərhələdə 40 hektar ərazi boşaldılaraq, 6 hektar ərazidə 7,1 km uzunluğunda, asfalt-beton örtüyünün sahəsi 87,6 min kv.m təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb və mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri layihəyə uyğun olaraq başa çatdırılıb və ölkə başçısının iştirakı ilə avqustun 14-də ikinci mərhələnin açılış mərasimləri keçirilib.
İlk dəfə olaraq "Azəravtoyol” ASC şəhər əhəmiyyətli bu layihədə bütün yeraltı kommunikasiyaların (su, kanalizasiya, yağış kanalizasiyası, qaz, rabitə, elektrik və s.) tikintisini aidiyyəti qurumlarla razılaşdıraraq yerinə yetirib. Belə ki, uzunluğu 5,7 km, d=300-800 mm olan drenaj xətti çəkilib, onun üzərində 149 ədəd quyu tikilib. Uzunluğu 1,5 km, dərinliyi 7-8 m, d=600-800 mm təşkil edən Mərkəzi Kanalizasiya Kolektoru tikilib. Bu kollektor üzərində 2,5x2,5x5 m ölçülü monolit dəmir beton quyular tikilib. Uzunluğu 2,6 km qaz xətti, 5,7 km olan su xətti və gələcəkdə abadlaşdırılmış ərazidə lüzumsuz qazıntılar aparılmaması üçün, en kəsiyi 80x100 sm olan 510 m uzunluğunda ehtiyat keçidlər tikilib.
Yol tikinti meydançalarında 340 min kubmetr qaya qruntu qazılaraq ərazidən daşınıb, əvəzinə 270 min kubmetr karbonat daşınaraq yol əsasının alt qatının tikintisində istifadə olunub.
Yol əsasının üst layının tikintisi üçün 36,4 min kubmetr qum-qırmadaş qarışığından istifadə olunub. Yolların kənarına 11,4 km səki daşı düzülüb, yeni tikilən səkilərdə 22,8 min kv.m sahəyə tamet daşları döşənib.
Bundan başqa, 9 ədəd avtobus dayanacağı quraşdırılıb.
Bu yollara 3 laydan ibarət (8+7+5) 20 sm qalınlığnda 42,0 min ton asfalt-beton döşənib.
Yolların işıqlandırılması məqsədilə - 564 ədəd müasir işıq dirəklərindən istifadə edilib.

aia.az
Geri dön