Ana Sayfa > Gündəm > Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR
Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR23-10-2017, 17:25. Yazar: admin |
Uşaqlara qorxu gətirən materialların, qan görmək, onları stress, qorxu içinə salan məlumatların və görüntülərin təqdim olunması qadağan edilir. Modern.az-ın məlumatına görə, bu, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Həmçinin, qanun layihəsində uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı qadağalar öz əksini tapıb. Qanun layihəsi Aərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli, 2074 nömrəli sərəncamına əsasən hazırlanıb və Uşaq Hüquqları Konvensiyasının 17-ci maddəsinin əsas konsepsiyasını əks etdirir. Sənəddə həmçinin qeyd edilib ki, dövriyyəyə buraxılan informasiya hər bir uşağın yaş həddinə uyğun olaraq təsnifləşdiriləcək. Eyni zamanda, kontenti yayan şəxslər bu və ya digər informasiyanı yayarkən auditoriyanın yaşını göstərməklə bağlı qanunun tələblərini nəzərə almalıdırlar. Sənəd telekanallarda yayımlanan, çap məhsullarında və KİV-də dərc edilən bütün informasiyaların ekspertlər vasitəsilə analizini aparan xüsusi qurumun yaradılmasını da nəzərdə tutur. Bindiyə kimi bu məsələlər Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli, 04/3 saylı qərarı ilə tənzimlənib. Həmin qərara əsasən, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” təsdiq edilib. Qanun layihəsilə bağlı Milli Məclisin payız sessiyasında ictimai dinləmələr olacaq... aia.az Geri dön |