Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-3 > “Azəristiliktəchizat”-da qışa hazırlıq işləri tamamlanıb

“Azəristiliktəchizat”-da qışa hazırlıq işləri tamamlanıb


23-10-2017, 17:18. Yazar: Sevinc
“Azəristiliktəchizat”-da qışa hazırlıq işləri tamamlanıb




Artıq bəziləri deyir ki, bu il payız fəsli öz yerini növbədənkənar olaraq qışa təhvil verməyə tələsir. Bəlkə də bu, bir qədər mübaliğəli bir nəticədir. Amma etiraf etmək lazımdır ki, payızın ilk ayı, bir neçə günəşli günləri çıxmaq şərtilə, həqiqətən də kifayət qədər soyuq keçdi. Kəskin soyuqların düşməsi isə, hər zaman olduğu kimi, gündəmə mövsümə uyğun bir mövzunu, qazanxanalar və istilik təchizatı mövzusunu gətirir. Təbii ki, bu mövzunun müzakirəsi zaman da bütün nəzərlər “Azəristiliktəchizat” ASC-yə yönəlir.

Qısa arayış:
“Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı Sərəncamına əsasən yaradılıb. Bu qurumun əsas vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsidir. “Azəristiliktəchizat” ASC bu funksiyaları həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir. Yarandığı gündən ASC-nin sədri vəzifəsinə Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Yaşar Həsənov təyin edilmişdir.




Qeyd etmək lazımdır ki, qurum yaradıldıqdan sonra istilik təchizatı sahəsində qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınaraq Bakı şəhərində və respublikanın regionlarında əhalinin və iqtisadiyyatın istilik təchizatının yaxşılaşdırılması üçün yeni istiqamətlər müəyyən edilib. Bu istiqamətlərin əsasını ilk növbədə qeyri effektiv fəaliyyət göstərən, köhnə sistemli mərkəzləşdirilmiş istilik mənbələrinin əhatə dairəsinin məhdudlaşdırılması və tədricən ləğv edilərək müasir avadanlıqlar quraşdırılmaqla məhəlli qazanxanaların yaradılması ilə bağlı tədbirlərinin həyata keçirilməsi təşkil edib. Bununla yanaşı, istiliklə təmin edilməyən ərazilərin, məhəllə və binaların müəyyənləşdirilməsi, onların istilik təchizatı üçün istilik variantlarının müəyyənləşdirilməsi, müvafiq olaraq yeni istilik təchizatı sistemlərinin qurulması bu planların tərkib hissəsi kimi təsdiq edilib. Bundan başqa, mövcud istilik təchizatı mənbələrinin yenidən qurulması məsələsi də diqqət mərkəzinə alınıb. Bu vəzifələrin icrası ilə bağlı “Azəristiliktəchizat” ASC yarandığı dövrdən bu sahədə əhəmiyyətli işlər görülüb. Müqayisə üçün bəzi rəqəmlərə diqqət yetirmək məqsədəuyğun olardı:





Təqdim olunmuş bu cədvəllərdə “Azəristiliktəchizat” ASC-nin tabeliyində fəaliyyət göstərən qazanxanaların və ASC tərəfindən istiliklə təmin edilən istehlakçıların 2004-2005-ci və 2016-2017-ci mövsüm illərində sayları barədə statistik məlumat əks olunmuşdur. Rəqəmlər birmənalı olaraq bunu göstərir ki, ötən illər ərzində bütün bu göstəricilər üzrə ciddi irəliləyişlərə nail olunmuşdur.



Ümumiyyətlə qeyd olunmalıdır ki, “Azəristiliktəchizat” ASC-nin yaradılması və xüsusən də Yaşar Həsənovun bu quruma sədr təyin olunmasından sonra ölkənin istilik sistemində köklü dəyişikliklər baş vermiş və bu müddət ərzində bütün texniki-iqtisadi göstəricilər dəfələrlə yaxşılaşdırılmışdır. Həmçinin bu faktı da vurğulayaq ki, Yaşar müəllim indiyədək tutduğu bütün vəzifələrdə səmərələşdirici təklifləri ilə həmişə çalışdığı və rəhbərlik etdiyi sahənin işini qabağa aparıb. Əbəs yerə deyi ki, Yaşar Həsənov artıq 500-dən çox texniki-səmərələşdirici təklifin və bir ixtiranın müəllifidir.



Bu gün də “Azəristiliktəchizat” ASC tərəfindən bütün ölkə ərazisində istilik təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlərin icrası ilə bağlı zəruri işlər görülür. Bu tədbirlər əvvəlki illərdə həyata keçirilmiş layihələrin davamı olaraq ekoloji cəhətdən təmiz, müasir tipli effektiv texnologiyaların tətbiq edilməsindən, müvafiq istilik qurğularının, mənbələrinin bərpası və modernləşdirilməsindən, yeni qazanxanaların tikintisindən, istilik təchizatı sistemlərinin yenidən qurulmasından ibarətdir. Məhz bu əsaslar üzərində istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılması istiqamətində yeni tədbirlər həyata keçirilməkdədir. Artıq öz hüquqlarını “tələb edən” növbəti qış mövsümünə hazırlıq işləri isə, demək olar ki, başa çatdırılıb. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərik ki, 2017-2018-ci mövsüm ilində də ölkə əhalisinin istiliyə olan tələbatı “Azəristiliktəchizat” ASC tərəfindən ən yüksək səviyyədə təmin olunacaqdır.

aia.az

Emil Əliyev





Geri dön