Ana Sayfa > Gündəm / Karusel > Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı

Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı


23-10-2017, 16:06. Yazar: admin
Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı


Bakı - Astara - Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə

İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qurum rəsmisi qeyd edib ki, hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

aia.az
Geri dön