Ana Sayfa > Gündəm / Seçilənlər-5 / Manşet / Karusel > Milli Məclisinə seçkilərlə əlaqədar bu gün “sükut günü“dür

Milli Məclisinə seçkilərlə əlaqədar bu gün “sükut günü“dür


31-10-2015, 13:32. Yazar: admin
Milli Məclisinə seçkilərlə əlaqədar bu gün “sükut günü“dür

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar oktyabrın 31-i "sükut günü"dür

APA-nın məlumatına görə, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün ayrılan müddət bu gün saat 8.00-da başa çatıb.

Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb, təşviqat 31 oktyabr saat 8.00-da dayandırılmalıdır
Geri dön