Ana Sayfa > Gündəm / Karusel > Generalın anasının evindən oğurluqda ittiham olunurdu – Sərtbəst buraxıldı
Generalın anasının evindən oğurluqda ittiham olunurdu – Sərtbəst buraxıldı23-10-2017, 13:58. Yazar: Sevinc |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gömrük generalı Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın evindən 160 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Sədaqət Məmmədova barəsində hökm oxunub. Hakim Rahib Salmanovun icraatında olan prosesdə S.Məmmədovaya oğurluq ittihamı üzrə bəraət verilib və qızılları onun oğurlamadığı qənaətinə gəlinib. Rəsmi sənədləri zədələmə ittihamı üzrə müddət başa çatdığı üçün cəza təyin edilməyib. Qeyd edək ki, qızılların oğurlanmasından sonra B.Əkbərova vəfat edib. S.Məmmədova isə onun evində qulluqçu işləyib. S.Məmmədova istintaqın ilk başlarında həbs edilsə də, sonradan sərbəst buraxılıb və barəsində ev dustaqlığı qərarı verilib. aia.az Geri dön |