Ana Sayfa > İdman > "Atletiko" Çindən futbolçu almağa çox yaxındır

"Atletiko" Çindən futbolçu almağa çox yaxındır


21-10-2017, 17:52. Yazar: admin
"Atletiko" Çindən futbolçu almağa çox yaxındır



Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İspaniya "Atletiko"su Çindən futbolçu ala bilər.

aia.az Report-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin çinli sponsoru Van Tszyanli kluba ölkəsindən futbolçu cəlb etmək istəyir.

2015-ci ildən "Atletiko"ya sponsorluq edən asiyalı iş adamı futbolçuların keçidini şəxsi vəsaiti hesabına reallaşdırmağı düşünür. O, çinli futbolçuların təcrübə qazanmaları və Avropada özlərini göstərmələri üçün belə bir addım atmaq niyyətindədir.

Qeyd edək ki, V.Tszyanlinin sərvəti 29 milyard avro həcmində qiymətləndirilir.

aia.az
Geri dön