Ana Sayfa > İdman > "Barselona"dan 3 futbolçu ayrılacaq - Biri də Arda Turandır

"Barselona"dan 3 futbolçu ayrılacaq - Biri də Arda Turandır


21-10-2017, 17:47. Yazar: admin
"Barselona"dan 3 futbolçu ayrılacaq - Biri də Arda Turandır


İspaniyanın "Barselona" klubunun baş məşqçisi Ernesto Valverde 3 futbolçunun satılmasını istəyir.

aia.az Report-a istinadən xəbər verir ki, onların arasında futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan da var.

Katalonyalıların baş məşqçisi A.Turanla yanaşı, yarımmüdafiəçi Rafa Alkantara və hücumçu Pako Alkaserin də xidmətində maraqlı deyil. E.Valverde hesab edir ki, bu futbolçular "Barselona"nın səviyyəsinə uyğun deyillər.

Qeyd edək ki, E.Valverde bu ilin yayında "Barselona"ın baş məşqçisi postunda Luis Enrikeni əvəzləyib.

aia.az
Geri dön