Ana Sayfa > Cəmiyyət > Ermənistanda hərbi hissədə partlayış: Ölən və yaralananlar var

Ermənistanda hərbi hissədə partlayış: Ölən və yaralananlar var


20-10-2017, 19:07. Yazar: admin
Ermənistanda hərbi hissədə partlayış: Ölən və yaralananlar var



Ermənistan ordusunun hərbi hissəsində baş verən partlayış nəticəsində ölən və yaralanan var.

aia.az Trend-ə istinadən bildirir ki, oktyabrın 19-da işğal olunmuş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Məlumatda hadisədən dərhal sonra partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınlarının və digər xüsusi texnikanın cəlb edildiyi də bildirilir.

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır. Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.


aia.az
Geri dön