Ana Sayfa > Siyasət > Narazılıq edən deputata spikerdən ironiyalı cavab

Narazılıq edən deputata spikerdən ironiyalı cavab


20-10-2017, 13:46. Yazar: admin
Narazılıq edən deputata spikerdən ironiyalı cavab


"Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur”.

Bunu Milli Məclisin iclasında "Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, bu, hörmətsizlikdir: "Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputat E.Axundovaya bildirib ki, növbəti dəfə yeni medal olarsa, dizaynını siz verərsiz.

aia.az
Geri dön