Ana Sayfa > İdman > “Qarabağ” azarkeşləri bu oyunu 30 avroya izləyəcək

“Qarabağ” azarkeşləri bu oyunu 30 avroya izləyəcək


19-10-2017, 18:20. Yazar: admin
“Qarabağ” azarkeşləri bu oyunu 30 avroya izləyəcək



Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın “Atletiko Madrid” ilə bağ tutacaq səfər matçını stadiondan izləmək istəyən azərbaycanlı azarkeşlər bilet üçün 30 avro ödəməlidir.

Axar.az-ın “Qarabağ” klubunun nümayəndəsi Vüsal Həsənovdan aldığı məlumata görə, səfər matçında azərbaycanlı azarkeşlər üçün 956 bilet nəzərdə tutulub. Biletlərin hər biri 30 avrodur və bu vəsait “Atletiko”nun hesabına köçürüləcək. Satılmayan biletlər isə geri qaytarılacaq.

Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunda baş tutan “Qarabağ”-“Atletiko Madrid” oyunu qolsuz bərabərliklə başa çatıb.

aia.az
Geri dön