Ana Sayfa > Gündəm > Başqa aylarda araq olar, məhərrəmlikdə olmaz?..

Başqa aylarda araq olar, məhərrəmlikdə olmaz?..


19-10-2017, 17:27. Yazar: admin
Başqa aylarda araq olar, məhərrəmlikdə olmaz?..



Müşahidələrə görə, Azərbaycanda İslam təqvimi ilə Ramazan və Məhərrəm ayları başlayanda spirtli içki satışı digər vaxtalrla müqayisədə bir qədər aşağı düşür. Bu da onunla əlaqədardır ki, başqa aylarda spirtli içki qəbul edən bəzi adamlar orucluq və məhərrəmlik müddətində müvəqqəti olaraq içməyi dayandırılar. Onlar bunu həmin aylarda içki içməyin daha çox günaha batmaqlığı ilə izah edirlər. Belə adamların təbrincə, guya, başqa aylarda məsələn, araq içmək olar, Ramazan və Məhhərrəmdə isə yox..

İlahiyyatçı Elşad Miri Modern.az-a deyib ki, Allah-Təala, Qurani-Kərim, İslam dini, Məhəmməd Peğəmbər insanın halını özündən alan spirtli içki qəbulunu ümumiyyətlə qadağan edib, və bu, haramdır:

“İçki içmək ilin 12 ayında da haramdır, bunu 1 ay, 3 gün, 5 gün ilə xüsusiləşdirmək olmaz. Bu, ümumilikdə böyük günah sayılır. İnsanların Məhərrəm, Ramazan aylarına hörmət naminə müəyyən müddətdə spirtli içki içməməsi onların günahlarının bağışlanmasına səbəb olmaz. İl ərzində 2 ay fasilə verib, sonra içki içmək heç bir məntiqə sığmır. Düzdür, o yaxşı haldır ki, bir müddət içkidən uzaq dururlar. Bunu 1-2 ay yox, ümumiləşdirib bütün həyat boyunca etmək lazımdır. 2 ay haram etmərəm, 2 ay edərəm, belə şey yoxdu İslam dinində. Haram onsuz da haramdır, 2-3 ay fasilə vermək heç nəyi dəyişmir”.


aia.az
Geri dön