Ana Sayfa > Gündəm / Manşet / Karusel > Nazirin Baş Prokurorluqda dindirilməsi ilə bağlı xəbərə rəsmi reaksiya
Nazirin Baş Prokurorluqda dindirilməsi ilə bağlı xəbərə rəsmi reaksiya30-10-2015, 13:34. Yazar: admin |
“Cənab nazir dünən bütün gün öz işinin başında olub və heç bir orqan tərəfindən dindirilməyib. Bu barədə yayılan məlumatlar həqiqəti əsk etdirmir. Əli Abbasov bu gün də öz işinin başındadır”. Bunu ans press-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib. Onun sözlərinə görə, son günlər KİV-də Ə.Abbasov və nazirlik haqqında həqiqəti əks etdirməyən məlumatlar məlumatlar yayılıb: “Bəzi xəbər portalları yalnış xəbərləri efirə buraxandan sonra dəqiqləşdirmək üçün bizə müraciət edirlər. Biz də yazılanların həqiqəti əks etdirmədiyini dediyimiz zaman isə portallar özləri özlərini təkzib edir. Bu isə peşəkar jurnalistikaya ziddir”, – deyə M. Əmirov bildirdi. Əli Abbasov- RYTN naziri Ötən gündən başlayaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılması, orada bir neçə saat ərzində sorğu-sual olunması barədə məlumatlar yayılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov MTN işi ilə bağlı həbsi xəbəri yayılıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib. Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaqa ifadə verib. Dünən nazirin işdən çıxarılması barədə də məlumat yayılıb. Hətta prezidentin bu barədə fərmanının axşama doğru elan olunacağı iddia edilirdi. Nazirin vəzifədən uzaqlaşdırlmasının MTN ətrafında gedən proseslərlə bağlı olduğu deyilirdi. Geri dön |