Ana Sayfa > Parlament / Aia TV / Karusel > Bakıda mağaza eyni oğrular tərəfindən ikinci dəfə qarət olundu – FOTO

Bakıda mağaza eyni oğrular tərəfindən ikinci dəfə qarət olundu – FOTO


30-10-2015, 13:10. Yazar: admin

Hadisənin üstü açılmayıb.

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində oğurluq hadisəsi olub.

Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə qəsəbənin Quşçuluq massivində yerləşən mağazalardan birində qeydə alınıb.

Naməlum şəxslər gecə saat 4 radələrində mağazanın dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar.

Onlar xeyli ərzaq məhsullarını, 500 manatadək dəyərində siqaret, 300 manatdan çox danışıq kartı, 700 manat nağd pul və bir qutu yumurta aparıblar. Monitorda oğruları görən ev sahibləri dərhal həyətə düşüblər.

Mağaza evin qarşısında olduğundan evin həyətindən dükana açılan qapını oğrular içəridən bağlayıblar.

Mağaza sahibinin sözlərinə görə bu ilk oğurluq hadisəsi deyil. Buna qədər eyni oğrular bir dəfə mağazanı qarət ediblər. Bundan əvvəl onlar mağazaya damdan daxil olaraq yarıblar. Hətta görüntüləri də qeydə alınıb. Amma hadisənin üstü açılmayıb, oğrular tapılmayıb.

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, əl-barmaq izlərini götürüblər.




Faktla bağlı Suraxanı rayonu 30-cu polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön