Ana Sayfa > Siyasət / Manşet > Novruz Məmmədov: Siyasətdə baş verənlər idmanda da təkrar olunur
Novruz Məmmədov: Siyasətdə baş verənlər idmanda da təkrar olunur19-10-2017, 12:06. Yazar: admin |
Siyasətdə baş verənlər idmanda da təkrar olunur. aia.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Twitter”dəki səhifəsində yazıb. N.Məmmədov qeyd edib: "Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur". aia.az Geri dön |