Ana Sayfa > İdman > İspaniyalı hakimdən ETİRAZ: “Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür”
İspaniyalı hakimdən ETİRAZ: “Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür”19-10-2017, 11:57. Yazar: admin |
Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ” – "Atletiko” oyununda (0:0)Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulmasına İspaniya mətbuatı da biganə qalmayıb. Qol.az-ın məlumatına görə, sözügedən epizod haqda "Marca” nəşrinə açıqlama verən keçmiş ispaniyalı hakim Anduxar Oliver görüşün referisinin yalnış qərar qbəul etdiyini deyib: "İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”. Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində qonaqların oyunçusu Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ınfutbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiyakimi qiymətləndirərəkcənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub. aia.az Geri dön |