Ana Sayfa > İdman > “Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ
“Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ18-10-2017, 17:12. Yazar: admin |
Bu gün UEFA Çempionlar Liqasında III tura yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda İspaniyanın “Atletiko Madrid” klubunu qəbul edəcək. Komandamız yenidən tarix yazmağın bir addımlığındadır. Bu gün həm də müstəqilliyimizin 26-cı ili tamam olur. “Qarabağ” layiqli oyun sərgiləməklə bayrama bayram qata bilər - ən azı heç-heçə etməklə… Milli Məclisin deputatları “Qarabağ”- “Atletiko” oyunu ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüblər. Aqil Abbas inanır ki, bu gün “Qarabağ” “Atletiko Madrid”ə məğlub olmayacaq. ““Atletiko Madrid” dünyanın tanınmış klublarından biridir. Amma “Qarabağ” da çox əzmli və mübarizə aparan klubdur. “Qarabağ” bu gün “Atletiko”dan xal alacaq və bizə müstəqillik hədiyyəsi edəcək. Mən hər zaman pozitiv fikirdə olmuşam. “Qarabağ” çox güclü komandadır. Avropada yüzlərlə komandalar var və onların 32-si Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanır. “Qarabağ” da Azərbaycan futbol tarixində ilkə imza ataraq, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Bu çox böyük uğurdur. Klubumuz həmin turnirdə iştirak etməklə böyük təcrübə toplayır. Hesab edirəm ki, qarşıdan gələn oyunlarda da “Qarabağ” yaxşı oyun nümayiş etdirəcək və növbəti il də Çempionlar Liqasının qrup mərhələsinə düşəcək”. Deputat stadionda “Qarabağ”ın oyununa baxanda həyacanlandığını deyib. “Keçən dəfə də “Qarabağ”ın belə bir oyununa baxanda həyacandan ürəyim tutmuşdu. Ona görə də oyunu stadionda izləməyəcəm. Ancaq oktyabrın 22-si keçiriləcək “Qəbələ” - “Qarabağ” oyununa stadiondan baxacam. Hesab edirəm ki, bu gün azarkeşlərimiz də komandamıza böyük dəstək olacaq”. Fazil Mustafa deyir ki,“Qarabağ”klubunu bu gün “Atletiko” ilə böyük sınaq gözləyir. “Rəqib çox güclü olduğu üçün udmaq bir o qədər də vacib deyil. Əsas odur ki, komandamız layiqli oyun nümayiş etdirsin. Bilirəm ki, bunu da edəcəklər. “Qarabağ” xarakterli komandamızdır. Maraqlı oyunları ilə bizi sevindirəcəklər. “Qarabağ”ın qrup mərhəsəsində iştirakı böyük uğurdur. İkinci dəfə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsə, ondan böyük nəticələr gözləyəcəyik. Hesab edirəm ki, hazırki qrupda olan rəqiblərimiz maliyyə və təcrübə cəhətdən çox yaxşıdır. Onlara qarşı hər hansı bir şəkildə dirəniş göstərməyimiz mümkünsüzdür”. aia.az Geri dön |