Ana Sayfa > Gündəm / Karusel > Əməkdar artist Ayşad Məmmədov işdən çıxarıldı

Əməkdar artist Ayşad Məmmədov işdən çıxarıldı


18-10-2017, 15:06. Yazar: admin
Əməkdar artist Ayşad Məmmədov işdən çıxarıldı


Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.


Xatırladaq ki, Ayşad Məmmədov Milli Şuranın son mitinqində iştirak etmişdi və onun işdən çıxarılmasının bununla bağlı olduğunu deyilir.

aia.az
Geri dön