Ana Sayfa > Parlament / Aia TV / Karusel > Yüzlərlə azərbaycanlını aldadan qadın beynəlxalq axtarışa verildi
Yüzlərlə azərbaycanlını aldadan qadın beynəlxalq axtarışa verildi30-10-2015, 12:57. Yazar: admin |
O, ölkədən qaçıb. Azərbaycanda yüzlərlə vətəndaşı aldadan lombard sahibi beynəlxalq axtarışa verilib. Oxu.Az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. APA-nın əldə etdiyi məlumata görə, Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub. Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüb. Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun hazırda Türkiyədə gizləndiyi bildirilir. Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayət daxil olub. Hazırda polis onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Geri dön |