Ana Sayfa > Siyasət > Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Yenilənib

Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Yenilənib


17-10-2017, 17:52. Yazar: admin
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Yenilənib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

aia.az-ın məlumatına görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.

N. Kanellos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.

aia.az
Geri dön