Ana Sayfa > İdman / Manşet > "Atletiko"ya qarşı oynamaqdan zövq alıram" - Qurban Qurbanov
"Atletiko"ya qarşı oynamaqdan zövq alıram" - Qurban Qurbanov17-10-2017, 16:52. Yazar: admin |
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə rəqib barədə fikirlərini bildirib. - Rəqib haqda çox danışmağa ehtiyac yoxdur. Hamımız yaxşı tanıyırq. Son 4 ildə 2 dəfə ÇL-də final oynayıb. İspaniya çempionu olub. Son illər daha yaxşı çıxış edir. Özlərinə uyğun oyun tərzləri var. Rəqiblərə çətinlik yaradırlar. "Atletiko"nu analiz etmişik". - "Atletiko"da hansı zəif cəhətlərini tapa bilmisiniz? - Rəqibin çox güclü baş məşqçisi var. Ustalıq səviyyəsi yüksək olan oyunçulara malikdirlər. Onların səhv etməsi az olur. Həddindən artıq oyun intizamı yüksəkdir. Onların əsas üslubu odur ki, rəqibə öz futbolunu oyamağa imkan verməməkdir. Biz çalışacağıq öz oyunumu oynaq. Buna nə dərəcə nail olacağımızı görəcəyilk. Müdafiədə çox güclüdürlər. Bu baxımdan bir nömrədirlər. Əsas odur ki, top bizdə olsun. Çətin olacaq. - Azərbaycan kimi ölkə üçün "Qarabağ"ın hədəfi hara qədərdir? - Hədəfimiz yaxşı mübarizə aparmaqdır. Bu komandaya qarşı ilk növbədə, mübarizə aparmalıyıq. Öz azarkeşlərimiz qarşısında oynayırıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə, müqayisə aparsaq, rəqib bizdən üstündür. Lakin biz də hər matçda yaxşı nəticə əldə etmək inamı ilə çıxırıq. - "İnter"lə görüşdə 2 qol vuran Dino Nlovu meydandan zədəli çıxdı. Onun durumu necədir? - Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Sabah oynayıb-oynamayacağını hələ bilmirik. - Uzun müddət Tofiq Bəhramov adına Respublika stadionunda oynamısınız. Bu, Olimpiya stadionunda ikinci oyununuz olacaq. Bu, amil komandaya nə dərəcədə təsir edəcək ? - Artıq bu barədə düşünmürük. İstəmərəm ki, hər dəfə bu söhbətə qayıdam. Tofiq Bəhrəmov adına Respublika stadionunda çıxış etmək bizə rahatdır. Bakı Olimpiya Stadionunda isə "Roma" ilə görüşümüzə 58 min azarkeş gəldi. Yenə dolmasını istəyirik. Buranı öz doğma stadionumuz kimi hiss edirik. - Dino Ndlovu sabahkı qarşılaşmada iştirak etməsə, onun mövqeyində Mahir Mədətova şans verəcəksiniz, ya Ramil Şeydayevə? - Açığı, qərar verməmişəm. Sabahadək vaxtımız var. Oyun günü qərar verəcəyəm. - "Atletiko” kimi titulu komandaya qarşı oynamaq gərginlik yaratmır? - Avropada 7-8 komanda var ki, onlara qarşı oynamaq maraqlıdır. Bu komandalardan biri də "Atletiko"dur. Məndə gərginlik yoxdu. Əksinə, bu cür komandalarla oynamaqdan zövq alıram. B - "Atletiko” ilə "Real” və "Barselona”nı nə fərqləndirir? -Futbolda fərqli oyun üslubuna malik 15-20 məşqçi və klub var. Hərəsi bir cür uğur qazanır. Heç kim istəmir ki, "Atletiko"ya qarşı oynasın. Çünki fərqli tərzləri var, rəqiblərə çətinlik yaradırlar. - "Roma" ilə oyunda stadion tam dolsa da, azarkeşlər problem yaşadı. İndi isə maraq azdır. Azarkeşlərə hansıçağırışı edə bilərsiniz? - Asan heç nə yoxdur. Həmişə çətinlik olan yerdə uğur daha çox olur. Bu yerə gəlib çıxana qədər nələrdən keçmişik. Birdən-birə 60 min adama nəzarət etmək də asan iş deyil. Özü də "Roma” ilə oyun günü yağışlı hava hökm sürürdü. Mən çətinliklərdən sonra nəsə əldə edəndə zövq almışam. Klubun baş məşqçisi olaraq, heç bir azarkeşdən narazı deyiləm. Hər şeyi, o cümlədən ölkəmizdəki durumu nəzərə almalıyıq. Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik. Dünyanın hər yerində azərbycanlılar bu görüşü izləyəcəklər. Hamı bilməlidir ki, futbolçular daha çox azarkeş önündə oynayanda daha məsuliyyətli olurlar. - "Qarabağ”ın heyətində "Roma” və ya "Atletiko”da çıxış edəcək səviyyədə futbolçu varmı? - Gəlin, özümüzü aldatmayaq. Hazırda elə bir oyunçumuz yoxdur. Bu, təkcə futbolçularla bağlı deyil. Belə böyük klublar daha böyük çempionatlardan futbolçu axtarırlar. Bu gün bizim çempionatımız o səviyyədə deyil ki, onunla maraqlanıb, burdan futbolçu seçsinlər. "Atletiko” və "Roma” kimi komandalara qarşı illərlə oynasaq, mövsüm ərzində 50-60 belə oyun keçirsək, onda futbolçularımıza maraq daha çox olar. Bizdə futbol mentaliteti hələ o səviyyədə çatmayıb ki, ayrı-ayrılıqda hər oyunçumuz Avropada çıxış etmək istəsin. Kənara çıxan 1-2 futbolçumuz öz oyunu ilə diqqəti cəlb etməli, digər futbolçularımızın da yolunu açmalıdır. aia.az Geri dön |