Ana Sayfa > Gündəm / Karusel > Zaqatala məscidinin işdən çıxarılan imamı QMİ-nin əmrinə tabe olmur
Zaqatala məscidinin işdən çıxarılan imamı QMİ-nin əmrinə tabe olmur17-10-2017, 16:17. Yazar: admin |
Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir. aia.az xəbər verir ki, Hacı Məhəmməd Vasiyev APA-ya bildirib ki, kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir və dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, cavabsız qalıb. O qeyd edib ki, məscidə məxsus dini icmanın də qeydiyyatı üçün sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerdəki şöbəsinə təqdim ediblər: "Lakin məscidimizə nə imam təyin edilir, nə də mənim imamlığım yenidən təsdiqlənir. Bir neçə dəfə kənd camaatı adından QMİ-də olsam da, idarənin yerdəki nümayəndəsi vasitəsi ilə söz verilsə də, hələ ki, nəticə yoxdur". QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə qazısı Hacı Malik Bilalov APA-ya bildirib ki, həmin məscidin imamı ondan əvvəlki qazının vaxtında - 2015-ci ildə işdən azad olunub. O, artıq 1 ildən çoxdur, məscidə QMİ tərəfindən imam təyinatının olmamasını orada dini icmanın təkrar qeydiyyatdan keçməməsi ilə əlaqələndirsə də, Hacı Məhəmməd Vasiyevin fəaliyyətini davam etdirməsi barədə danışmaq istəməyib. aia.az Geri dön |