Ana Sayfa > Gündəm > Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi


17-10-2017, 16:04. Yazar: admin
Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi


Ukraynada tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli 18 günlüyə həbs edilib.
Modern.az-ın məlumatına görə, bu haqda qərarı Borispol Məhkəməsi verib.

Jurnalisti vəkil Dmitri Mazurok (Ukrayna Helsinki İnsan Haqları Birliyi) müdafiə edir.
Vəkil qərarla razılaşmadıqlarını bildirir. Qısa zamanda apellyasiya şikayəti veriləcək. F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə bilgilər də apellyasiya məhkəməsi zamanı təqdim ediləcək.
Xatırladaq ki, 41 yaşlı journalist oktyabrın 14-də Ukraynanın Dövlət Sərhəd Xidməti ftərəfindən saxlanılıb.

Yaxınlarının verdiyi məlumata görə, Azərbaycanda ona qarşı CM-in 318 (sərhədi qanunsuz keçmə) və 178-ci (fırıldaqçılıq) maddələri ilə cinayət işi başlayıblar. Jurnalist həmin cinayət işi üzrə İnterpola verilən təqdimat əsasında saxlanıldığı bildirilir.

Fikrət Hüseynli müxalif "Azadlıq" qəzetinin əməkdaşı olarkən 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamşdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə, kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

aia.az
Geri dön