Ana Sayfa > Gündəm > Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi komandanları görüşəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi komandanları görüşəcəklər


17-10-2017, 10:09. Yazar: admin
Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi komandanları görüşəcəklər



Bu gün Tbilisi şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.

Bu barədə aia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

aia.az
Geri dön