Ana Sayfa > Aia TV > Putin fərman imzaladı - Şimali Koreyaya qarşı sanksiyalar tətbiq olundu

Putin fərman imzaladı - Şimali Koreyaya qarşı sanksiyalar tətbiq olundu


16-10-2017, 20:17. Yazar: admin
Putin fərman imzaladı - Şimali Koreyaya qarşı sanksiyalar tətbiq olundu








Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

Aia.Az APA-ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 31 noyabr 2016-cı il tarixli qətnaməsi ilə əlaqədar imzalanan fərmana əsasən, Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq.

Qeyd olunur ki, əməkdaşlıq yalnız Pxenyanın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkündür.

Putinin tapşırığına əsasən, Şimali Koreyanın nüvə proqramının icrası ilə əlaqəli olan gəmilərin Rusiyada qeydiyyatı ləğv olunacaq, habelə belə gəmilərin Rusiyanın limanlarına girişi yasaqlanacaq.

aia.az
Geri dön